EG Avropa çempionatlarının təqvimini açıqlayıb

Xəbərlər
7 Yanvar 2024 16:52
121
EG Avropa çempionatlarının təqvimini açıqlayıb

Avropa Gimnastikası (EG) 2024-cü ilin əsas yarışlarının təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, ilin ilk qitə çempionatı aprelin 3-7-də Portuqaliyanın Gimaraynş şəhərində keçiriləcək.

Pireney yarımadasında batut və tamblinq gimnastikasında Avropanın ən yaxşıları müəyyənləşəcək.

Aprelin 24-28-də kişi, mayın 2-5-də qadın idman gimnastları İtaliyanın Rimini şəhərində mübarizə aparacaqlar.

Bədii gimnastika üzrə qitə çempionatı isə mayın 22-26-da baş tutacaq. Yarışa Macarıstanın Budapeşt şəhəri ev sahibliyi edəcək.

İdman.biz

Məqalədə: