“Gəncədə keçirilən aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançılarına ümidlər böyükdür”.
İdman.Biz Report-a istinadən bildirir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə bildirib.
AGF rəsmisi 18 ölkədən 151 idmançının iştirak etdiyi qitə birinciliyindən gözləntilərini açıqlayıb:
“Gəncə İdman Sarayında möhtəşəm açılış mərasimi oldu. Aerobika gimnastlarının müxtəlif kateqoriyalarda çıxışları olacaq. Bu yarışda Azərbaycanı 6 gimnast təmsil edir. Onlara ümidlərimiz böyükdür. Əsasən də Mədinə Mustafayeva və Vladimir Dolmatovadan uğurlu çıxış gözləyirik. Bütün iştirakçılara uğurlar arzu edirik. Tamaşaçıları bu möhtəşəm sarayda idmançılara dəstək olmağa dəvət edirəm”.
