“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu mübarizəyə “Yunayted Qalati” ilə başlayacaq.
Təmsilçimizin yer aldığı 7-ci qrupda keçirəcək oyunlara isə Rumıniya ev sahibliyi edəcək.
29 oktyabr
22:00. Araz-Naxçıvan – Yunayted Qalati (Rumıniya)
Sala Sporturilor Dunarea
30 oktyabr
19:00. Araz-Naxçıvan – Differdanje 03 (Lüksemburq)
Sala Sporturilor Dunarea
1 noyabr
18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan
Sala Sporturilor Dunarea
İdman.biz