Lider üçün asan gəzinti

Xəbərlər
15 May 2025 20:07
43
Lider üçün asan gəzinti

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 18 tura yekun vurulub.

İdman.biz xəbər verir ki, lider növbəti qələbəsini qazanıb.

“Araz-Naxçıvan” turnir cədvəlinin orta pillələrdə qərarlaşan “Şuşa” ilə görüşdə çətinlik çəkməyib. Komanda 8:1 hesabı ilə qalib gəlib. Liderin ən yaxın izləyicisi "Neftçi" isə gərgin keçən qarşılşmada "Yasamal Bakı"dan güclü olub - 5:3.

Günün son matçında "Baku Fire" "U-19"un qapısından 9 cavabsız top keçirib.

Yüksək Liqa
XVIII tur
"Araz-Naxçıvan" – "Şuşa" - 8:1 (3:0)

Qollar: Amirhossein Rasouli, 11:36, 16:06, 17:03, 38:13, Roman Adamov, 23:57, 25:57, Nüsrət Fərzəli, 28:00 (ö/q), Ramazan Atakişiyev, 34:58 - Rüstəm Bağırov, 28:38

"Neftçi İK" – "Yasamal Bakı" - 5:3 (4:3)
Qollar: Abdul Ghafar, 6:36, 9:14, Eldar Zeynalov, 12:57, 17:53, 36:09 - Fərid Atakişiyev, 1:23 (ö\q), Qüdrət Qasımzadə, 6:22, İmaməli Hüseynov, 15:02

"Baku Fire" – "U-19" - 9:0 (7:0)
Qollar: Henrique Soares, 6:20, 15:46, Nihad İsmayılov, 7:25, Nurlan Mehdizadə, 9:58, 17:37, 24:28, 27:48, Fərid Abbasov, 11:32, Tofiq Əliyev, 19:44

Möv. Komanda O Q D M VQ BQ QF Xallar
1 Araz-Naxçıvan 18 15 1 2 173 26 147 46
2 Neftçi İK 18 14 1 3 124 48 76 43
3 Baku Fire 18 13 2 3 123 39 84 41
4 Şuşa 18 6 0 12 50 98 -48 18
5 U-19 18 4 0 14 47 135 -88 12
6 Yasamal Bakı 18 0 0 18 35 206 -171 0

Bombardirlər: İaqo Henrique ("Baku Fire") - 36, Amirhossein Rasouli ("Araz-Naxçıvan") - 34, Sadegh Javiditabar ("Şuşa)", Xətai Bağırov ("Neftçi İK") - 17 qol

İdman.biz