Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama oyunlarına çıxacaq

24 Mart 2026 10:14
119
Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama oyunlarına çıxacaq

Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Oyunlar aprelin 13-də və 15-də Aktau şəhərində baş tutacaq.

Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.

İdman.Biz