Azərbaycan və Danimarka yığmaları arasındakı oyunların vaxtı müəyyənləşib

Xəbərlər
13 Yanvar 2026 11:40
56
Azərbaycan və Danimarka yığmaları arasındakı oyunların vaxtı müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının yanvarın 22-də və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalardan birincisi yanvarın 22-də saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüşün start fiti isə saat 16:00-da səsləndiriləcək.

İdman.Biz