“Araz-Naxçıvan” heyətinə braziliyalı futzalçı cəlb edib

Xəbərlər
6 Yanvar 2026 14:17
66
“Araz-Naxçıvan” heyətinə braziliyalı futzalçı cəlb edib

“Araz-Naxçıvan” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.

İdman.Biz