Azərbaycan futzal millisinin üzvü əməliyyat olunub

Xəbərlər
12 Dekabr 2025 13:32
56
Azərbaycan futzal millisinin üzvü əməliyyat olunub

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.

Bu gün xəstəxananı tərk edəcək Mirzə Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.

İdman.Biz