Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan” cavab oyununda da məğlub olub - YENİLƏNİB

Xəbərlər
5 Dekabr 2025 23:40
149
Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan” cavab oyununda da məğlub olub - YENİLƏNİB

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı “Pavilyao Fidelidade”də baş tutan görüşdə Naxçıvan təmsilçisi 2:4 hesabı ilə məğlub olub.

Portuqaliya klubunun heyətində İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) fərqləniblər.

“Araz-Naxçıvan”dan isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) rəqib qapısına yol tapıblar.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanmışdı.

09:49

Bu gün “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika”(Portuqaliya) ilə cavab oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Pavilyao Fidelidade”də, saat 21:30-da start götürəcək.

Görüşü serbiyalı hakimlər - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.

İdman.Biz