Bu gün Futzal üzrə Yüksək Liqada 13-cü turun oyunları keçirilib.
İdman.Biz bildirir ki, ilk matçda lider “Neftçi” orta pillələrdə yer alan “Şuşa”nı qəbul edib. Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb - 14:0.
“Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Turun son oyunu kifayət qədər maraqlı alınıb. U-19 “Baku Fire”nin qapısından fasiləyə qədər 4 cavabsız top keçirib. İkinci hissədə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” oyunda dönüş yaratmağı bacarıb – 8:6.
