İslamiada: Azərbaycanın futzal millisi Liviya yığmasına qalib gəlib

Xəbərlər
4 Noyabr 2025 20:26
32
İslamiada: Azərbaycanın futzal millisi Liviya yığmasına qalib gəlib

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, Liviya yığması ilə matç komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.

Futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.

İdman.Biz