Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futzal millisinin oyunlarının başlama saatı bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Noyabrın 4-də baş tutacaq Liviya - Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan - Azərbaycan görüşləri Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Səudiyyə Ərəbistanı - Azərbaycan matçı isə noyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
Qarşılaşmalar Şahzadə Feysəl ibn Fərhan Olimpiya Kompleksində keçiriləcək.
