Çempionlar Liqası: “Araz-Naxçıvan”ın 1/8 final püşkatmasında yer alacağı səbət müəyyənləşib

Xəbərlər
3 Noyabr 2025 13:46
44
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın 1/8 final püşkatmasında yer alacağı səbət müəyyənləşib

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini üçüncü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.

Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaqlar.

Bundan sonra “dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.

A yolu, qrup qalibləri

“Kartagena Kosta Kalida” (İspaniya)

“İlles Balears Palma” (İspaniya, ÇL-in son qalibi)

“Benfika” (Portuqaliya)

“Sportinq” (Portuqaliya)

A yolu, qrup ikinciləri

“Pyast Qlivise” (Polşa)

“Etoile Lavalloise” (Fransa)

“Riqa” (Latviya)

“Kayrat” (Almatı, Qazaxıstan)

A yolu, qrup üçüncüləri

“Sportinq Anderlext” (Belçika)

“Semey” (Qazaxıstan)

“Luxol St. Andreus” (Malta)

“Priştina 01” (Kosovo)

B yolu, qrup qalibləri

AEK (Yunanıstan)

“Hyörrinq” (Danimarka)

“Araz-Naxçıvan” (Azərbaycan)

“Hit” (Kiyev, Ukrayna)

Qeyd edək ki, 7-ci qrupun qalibi kimi 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.

İdman.Biz