UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” pley-off mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB

Xəbərlər
1 Noyabr 2025 20:34
70
UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” pley-off mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə 7 xal toplayan komanda qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu klub ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib - 2:2.

14:18

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Naxçıvan klubu Niderland çempionu “Tigers Roermond” kollektivi ilə üz-üzə gələcək.

Görüş Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib - 2:2.

İdman.Biz