Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının TƏQVİMİ

Xəbərlər
27 Oktyabr 2025 11:50
40
Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının TƏQVİMİ

Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib.

Bu barədə İdman.Biz-ə Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.

İdman.Biz