Futzal millimizin İslam Həmrəyliyi Oyunlarındakı RƏQİBLƏRİ - SİYAHI

Xəbərlər
24 Oktyabr 2025 10:42
51
Futzal millimizin İslam Həmrəyliyi Oyunlarındakı RƏQİBLƏRİ - SİYAHI

“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.

İdman.Biz xəbər verir ki, reqlamentə əsasən iştirakçı səkkiz komanda hər birində dörd iştirakçı olmaqla iki qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adlarına isə iki gün sonra - noyabrın 11-də keçiriləcək.

İdman.Biz