"Formula-1" sürücüləri Bakıdan sərgüzəştlərlə qayıdıblar - VİDEO

Xəbərlər
22 Sentyabr 2025 23:17
53
"Formula-1" sürücüləri Bakıdan sərgüzəştlərlə qayıdıblar - VİDEO

Bakıda gərgin həftəsonundan sonra "Formula-1" pilotları Karlos Sayns və Şarl Lekler evə qayıdarkən gözlənilməz macəra ilə qarşılaşıblar.

İdman.biz-in məlumatına görə, onların təyyarəsi tufan səbəbindən Nitsada enə bilməyib və məcburən İtaliyaya eniş edib. Nəticədə sürücülər miniven icarəyə götürərək Monakoya gediblər.

"Bakıda çox çətin həftəsonundan sonra düşündüm ki, hər şey daha da pisləşə bilməz. Amma Karlos bizi bilmədiyimiz yerə apardı!", - Lekler sosial şəbəkədə yumoristik şəkildə paylaşıb.

Sayns, İtaliyadan keçməli olduqlarını deyib, lakin sürət həddinə əməl edəcəyinə söz verib.

İndi "Williams" üçün yarışan ispaniyalı Bakını yüksək əhval-ruhiyyə ilə tərk edib – o, podiuma yüksəlib, bu, Britaniya komandası üçün nadir uğurdur. Lekler isə həftəsonunu daha uğursuz keçirib: təsnifat mərhələsindəki qəza və texniki problemlər onu 9-cu yerə atıb.

İdman.biz