Ana de Armas Abu-Dabi Qran-prisinin qonağı olub

Xəbərlər
8 Dekabr 2025 02:50
42
Ana de Armas Abu-Dabi Qran-prisinin qonağı olub

“Formula-1”in 2025-ci il mövsümünün son mərhələsi olan Abu-Dabi Qran-prisində 37 yaşlı aktrisa Ana de Armas xüsusi qonaq qismində iştirak edib.

İdman.Biz xəbər verir ki, paddokun (pilotların və mühəndislərin toplandığı xüsusi texniki zona) qonağı olan Hollivud ulduzu “Uilyams” komandasının bokslarını ziyarət edib, yarışın sonunda isə start-finiş xəttində marşal postunda yer alaraq finişi bildirən damalı bayrağı qaldırıb.

“Yas Marina” trasında keçirilən yürüşün qalibi dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen olub. “Maklaren”in avstraliyalı pilotu Oskar Piastri ikinci, komanda yoldaşı Lando Norris isə üçüncü yeri tutub. Mərhələnin nəticəsinə əsasən Norris 2025-ci il “Formula-1” dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Ana de Armas “Balerina”, “Bıçağın ağzında 2049”, “Bıçaqları çıxar”, “Kimdir orada?” filmlərindəki rolları ilə tanınır. Aktrisa həmçinin son Ceyms Bond filmi “Ölməyə vaxt yoxdur”da əsas rollardan birini canlandırıb.

İdman.Biz

Məqalədə: