Lando Norris 2025-ci ilin “Formula-1” dünya çempionu oldu

Xəbərlər
7 Dekabr 2025 19:32
61
Lando Norris 2025-ci ilin “Formula-1” dünya çempionu oldu

“Maklaren”in pilotu Lando Norris 2025-ci il mövsümünün yekunlarına görə “Formula-1” üzrə dünya çempionu adını qazanıb.

İdman.Biz xəbər verir ki, mövsümün son yarışı Əbu-Dabidə keçirilib və britaniyalı pilot finiş xəttini üçüncü yerdə keçib. Qran-prinin qalibi “Red Bull” pilotu Maks Ferştappen olub, ikinci yeri isə Norrisin komanda yoldaşı Oskar Piastri tutub.

24 mərhələdən ibarət mövsümün yekununda Lando Norris 423 xal toplayıb. İkinci olan Maks Ferştappen britaniyalı pilotdan cəmi 2 xal geri qalaraq 421 xalla fərqlənib. Üçüncü pillədə isə 410 xalla Oskar Piastri qərarlaşıb.

Beləliklə, Lando Norris karyerasında ilk dəfə “Formula-1” üzrə dünya çempionu olub.

Qeyd edək ki, bundan əvvəl şəxsi hesabda ardıcıl dörd mövsüm ərzində Maks Ferştappen çempionluq tituluna yiyələnmişdi.

İdman.Biz