Maks Ferstappen: “Komanda daim problemlərin səbəbini tapmağa çalışdı”

Xəbərlər
7 Dekabr 2025 22:40
48
Maks Ferstappen: “Komanda daim problemlərin səbəbini tapmağa çalışdı”

“Red Bull”un 28 yaşlı pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Ferstappen 2025-ci il mövsümünün yekunları ilə bağlı fikirlərini bölüşüb. O, şəxsi hesabda ikinci yeri tutaraq “Maklaren”in sürücüsü Lando Norrisdən cəmi 2 xal geri qalıb.

İdman.Biz xəbər verir ki, “Sky Sports”a açıqlama verən niderlandlı pilot mövsümü “attraksion kimi” xarakterizə edib.

“Düşünürəm ki, xüsusilə mövsümün əvvəlində bizim üçün hər şey Amerika təpəcikləri kimi idi. Amma çətin dövrlərdən sonra vəziyyəti necə dəyişdiyimiz və hansı nəticələrə nail olduğumuz asan olmadı. Bəzən elə yarışlar olurdu ki, niyə hər şeyin bu qədər pis və qeyri-sabit getdiyini anlaya bilmirdik”, - deyə təcrübəli pilot söyləyib.

Ferstappen bildirib ki, komanda heç vaxt təslim olmayıb:

“Demək asandır ki, “fərq 100 xaldan çoxdur, mövsüm getdi”. Amma komanda daim problemlərin səbəbini tapmağa çalışdı. Bu çox xoş idi. Mübarizəyə qayıdış həqiqətən möhtəşəm oldu. Sonda istər 1 xal, istər 10, istərsə də 20 xal fərqlə uduzmağın fərqi yoxdur – yenə də geridəsən. Fərq cəmi 2 xal oldu, amma bu yol çox gözəl idi. Mənə xoş gəldi”.

İdman.Biz

Məqalədə: