"Formula-2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza - YENİLƏNİR + VİDEO

Xəbərlər
19 Sentyabr 2025 14:53
137
"Formula-2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza - YENİLƏNİR + VİDEO

Bakıda davam edən "Formula-2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza qeydə alınıb.

İdman.biz xəbər verir ki, sıralama turunda “Art Grand Prix” pilotu Viktor Martins idarəetməni itirərək bolidini səddə çırpıb.

Hadisə səbəbindən trasda qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti olaraq dayandırılıb. Martinsin bolidi qısa müddətdə trasdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də yekunlaşacaq.

14:41

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

İdman.biz xəbər verirki, yarış dayandırılıb və qırmızı bayraq qaldırılıb.

"Rodin Motorsport"dan Amaury Kordeelin idarə etdiyi bolid baryerə dəyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

14:09

"Formula-2" kateqoriyasında sıralama turu başladı.

İdman.biz xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.

13:43

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

İdman.biz xəbər verir ki, "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.

Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

13:02

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş davam edir.

İdman.biz xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.

12:49

Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

İdman.biz xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb. Tras təmizləndikdən sonra yürüş davam edəcək.

12:38

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başlayıb.

İdman.biz xəbər verir ki, yürüşə saat 12:30-da start verilib.

İkinci sərbəst yürüş saat 16:00-da olacaq.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

İdman.biz