Teymur Rəcəbov Hemilton və Leklerlə şahmat oynayıb - FOTO/VİDEO

Xəbərlər
18 Sentyabr 2025 15:54
64
Teymur Rəcəbov Hemilton və Leklerlə şahmat oynayıb - FOTO/VİDEO

Azərbaycanlı məşhur şahmatçı Teymur Rəcəbov Bakıda keçiriləcək Qran-pri öncəsi "Formula-1" pilotları Şarl Lekler və Luis Hemiltonla görüşüb.

İdman.biz xəbər verir ki, bu barədə öz İnstagram hesabında paylaşım edib.

Qrossmeyster “Ferrari” komandasının məşhur üzvləri ilə şahmat oynayıb.

Qeyd edək ki, Rəcəbov, həmçinin pilotlara üzərində şahmat taxtasının rəsmi olan xalça hədiyyə verib.

İdman.biz