“Red Bull”un pilotu Maks Ferstappen “Formula-1” üzrə 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin sıralama turunda qalib gəlib.
İdman.Biz xəbər verir ki, niderlandlı pilot dövrəni bir dəqiqə 31,373 saniyəyə başa vurub. “Ferrari” pilotu Şarl Lekler (+0,054) ikinci, onun komanda yoldaşı Luis Hamilton (+0,123) üçüncü nəticəni göstərib.
Şəxsi hesabın lideri, “Mercedes” pilotu Andrea Kimi Antonelli (+0,189) dördüncü, “McLaren”dən Lando Norris (+0,339) isə beşinci olub.
“Mercedes”in digər pilotu Corc Rassell güc qurğusunun dəyişdirilməsinə görə aldığı cəza səbəbindən yarışa start düzülüşünün sonundan başlayacaq.
Əsas yarış bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
