"Ferrari" pilotu Azərbaycan Qran Prisində yaxşı çıxış edəcəyinə ümid edir

Xəbərlər
16 Sentyabr 2025 22:43
29
"Ferrari" pilotu Azərbaycan Qran Prisində yaxşı çıxış edəcəyinə ümid edir

"Ferrari" komandasının pilotu Şarl Lekler komandanın rəqabətli nəticə göstərmək şansının ən çox olduğu treklər haqqında fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, onun sözlərinə görə, bunlar Sinqapur, Bakı və Las-Veqasdakı mərhələlərdir.

"Mən Bakını trek kimi bəyənirəm, amma orada ötmək asandır, ona görə də yarış asan olmayacaq. Sinqapurda sıralanma əsasdır, çünki yarışda ötmək çətindir. Düşünürəm ki, Sinqapurda, həmçinin, bəlkə də Bakıda və Las-Veqasda "Ferrari"nin qalib gəlmək üçün ən yaxşı şansı olacaq, baxmayaraq ki, "Maklaren" və "Red Bull" favoritlər olaraq qalırlar", - pilot deyib.

Hazırda Lekler Formula 1-in şəxsi sıralamasında beşinci yeri, "Ferrari" isə Konstruktorlar Kubokunda ikinci yeri tutur.

İdman.biz