Azərbaycan Qran-Prisi 2023-cü ildən bəri dördüncü şənbə yarışı olacaq

Xəbərlər
1 İyul 2025 18:16
37
Azərbaycan Qran-Prisi 2023-cü ildən bəri dördüncü şənbə yarışı olacaq

Gələn il keçiriləcək Azərbaycan Qran-Prisi 2023-cü ildən bəri şənbə günü baş tutacaq dördüncü Formula 1 yarışı olacaq.

İdman.biz xəbər verir ki, əvvəlcə bazar günü - sentyabrın 27-də keçirilməsi planlaşdırılan Bakı mərhələsi Anım Günü ilə əlaqədar olaraq bir gün önə çəkilib.

Bu isə o deməkdir ki, yarış şənbə günü - sentyabrda 26-da baş tutacaq.

Formula 1-də şənbə gününə təsadüf edən yarışlar son illərdə çox nadir hallarda baş verir. 2023-cü ildə Las Veqas Qran-Prisi 1985-ci ildən sonra şənbə günü keçirilən ilk yarış olmuşdu. Ötən il isə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Priləri Ramazan ayına görə şənbə günü baş tutmuşdu.

Bakıdakı yarış 2026-cı ildə şənbə günü keçiriləcək iki Qran-Pridən biri olacaq. İkinci belə yarış isə Las Veqas Qran-Prisidir.

İdman.biz