Meksikalı pilot Serxio Peres növbəti mövsümdə yenidən Formula-1-də çıxış edəcək.
İdman.biz xəbər verir ki, Almaniyanın Bild nəşri onun "Kadillak"la ilkin razılıq əldə etdiyini yazıb.
Növbəti ildə çempionatda çıxış edəcək ABŞ komandası heyətini təcrübəli pilotla gücləndirmək arzusundadır. "Kadillak"ın bir neçə ay öncədən Pereslə ortaq məxrəcə gəldiyi bildirilib. Onun komanda ilə iki illik müqavilə bağlayacağı vurğulanıb.
Qeyd edək ki, Serxio 2021-2024-cü illərdə "Red Bull"un heyətində çıxış edib. O, 2021-ci və 2023-cü illərdə Azərbaycan Qran-prisinin qalibi olub.
İdman.biz