Luis Hemiltondan FIA-nın cəriməni 1 milyona qaldırmasına münasibət

Xəbərlər
20 Oktyabr 2023 14:54
124
Luis Hemiltondan FIA-nın cəriməni 1 milyona qaldırmasına münasibət

“Nə danışdığınızı başa düşmürəm. Əgər pilotlar 1 milyon avro cərimələnirlərsə, gəlin bu məbləğin 100%-nin yaxşılığa doğru xərclənəcəyinə əmin olaq”.

İdman.biz xəbər veri ki, bunu “Mersedes”in britaniyalı sürücüsü Luis Hemilton Beynəlxalq Avtomobil Federasiyasının (FIA) pilotlar üçün maksimal cəriməni 1 milyon avroya qədər artırmaq qərarı ilə bağlı danışarkən deyib.

O, buna 1 şərtlə əməl edəcəyini deyib: “Bu idmanda çoxlu pul var. Lakin biz əlçatanlıq, müxtəliflik və bir çox başqa sahələr üzərində işləməliyik. Məndən 1 milyon avro alacaqları yeganə yol sadaladıqlarımı edəcəklərinə zəmanət verməkdir”.

Qeyd edək ki, Qətər Qran-prisinin birinci dövrəsində baş verən qəzadan sonra Hemilton maşını tərk edərək trası qanunsuz keçib. O, hərəkətləri səbəblərindən 50 min avro cərimələnib. Mövsümün sonuna qədər ikinci qayda pozuntusu olarsa, daha 50 min avro ziyana düşəcək.

İdman.biz