Azərbaycan Qran-Prisinin qalibi Oskar Piastri etiraf edib ki, o, ikinci bölümün əvvəlində şinləri qorumağa çağıran öz yarış mühəndisinin məsləhətinə baxmayaraq, Şarl Lekleri ötə bilib.
İdman.biz xəbər verir ki, "McLaren" pilotu yarışda qüvvələr balansını onun xeyrinə dəyişən məqamdan danışıb.
“Pit-stopdan sonra Şarlı ötməyin mümkün olduğunu gördüm və başa düşdüm ki, bunu etməyə çalışmalıyam. Bu da nəticədə mənə yarışda qələbə gətirdi. Yarış mühəndisimə bir az yazığım gəldi, çünki ilk mərhələdə bunu etməyə çalışdım və təkərlərimi tamamilə xarab etdim. Mühəndisim radioda mənə dedi ki, bir daha belə etməyim. Növbəti dövrədə ona tamamilə məhəl qoymadım.
O an hiss etdim ki, kənarda qala bilərəm və bəlkə də olmayacaq bir şansı gözləməli idim. Düşündüm ki, qələbəni əldən verə bilərik. Lekler sağ olsun, inanılmaz dərəcədə dürüst idi. Yəqin ki, mənim trasdan çıxacağımı düşünürdü, amma həqiqətən döngəni keçdiyimə təəccübləndim.
Bu, riskli bir addım idi, amma yarışda qalib gəlmək üçün bunu etməli idim,” - "Motorsport" nəşri Piastrinin sözlərini təqdim edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisində Lekler “Ferrari”də ikinci, Corc Rassel isə “Mercedes”də üçüncü olub.
İdman.biz