“Formula-1” müddətində bəzi məktəblərdə dərslər onlayn olacaq

3 Sentyabr 2026 15:05
114
“Formula-1” müddətində bəzi məktəblərdə dərslər onlayn olacaq

2026-cı ildə "Formula-1" Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr aralığında keçiriləcək.

İdman.Biz