Fransalı “Red Bull” pilotu İsak Hacar Yaponiya Qran-prisindən sonra komandasının əsas problemi barədə danışıb.
İdman.Biz bildirir ki, fransız yarışı 12-ci yerdə başa vurub.
“Yeganə müsbət cəhət odur ki, biz avtomobildən maksimum dərəcədə istifadə edə bilirik. Amma onu necə həqiqətən sürətli edəcəyimizi bilmirik. Yaxşı mühərrikimiz var, hər şey qaydasındadır. Problem şassidədir - sadəcə dəhşətlidir, avtomobil döngələrdə yavaşdır”, - “Planet F1” Hacardan sitat gətirib.
Onun komanda yoldaşı, dördqat “Formula-1” çempionu Maks Ferstappen yekun sıralamada səkkizinci yeri tutub. Mövsümün üç turundan sonra “Red Bull” 16 xalla Konstruktorlar Çempionatında altıncı yerdədir.
