“Formula-1”də çıxış edən “Ferrari” komandası Barselonada keçiriləcək qapalı mövsümöncəsi testlərin iş qrafikini müəyyənləşdirib.
İdman.Biz “Autoracer” nəşrinə istinadla xəbər verir ki, “Skuderiya” yanvarın 27-də trasa çıxacaq və yeni bolid SF-26 ilə üç gün ardıcıl testlər aparacaq.
Komandanın pilotları Luis Hemilton və Çarls Leklerk test günlərində sükan arxasında vaxtı yarıbayarı bölüşəcəklər. Hər gün səhər və günortadan sonrakı sessiyalar ayrı-ayrı pilotlara həvalə olunacaq.
“Ferrari”nin Barselonadakı test qrafiki belədir:
- 27 yanvar: səhər – Lekler, günorta – Hemilton;
- 28 yanvar: səhər – Hemilton, günorta – Lekler;
- 29 yanvar: səhər – Lekler, günorta – Hemilton.
Qeyd edək ki, Barselonadakı bu sınaqlar 2026 mövsümü öncəsi komandaların yeni bolidlərinin ilkin performansının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
