“Ferrari” 2026 mövsümünün yarış kostyumlarını təqdim etdi - VİDEO

Xəbərlər
20 Yanvar 2026 11:48
37
“Ferrari” 2026 mövsümünün yarış kostyumlarını təqdim etdi - VİDEO

İtaliyanın “Ferrari” komandası 2026-cı il mövsümü üçün hazırlanmış yeni yarış kostyumlarını ictimaiyyətə təqdim edib.

İdman.Biz xəbər verir ki, komandanın pilotları Luis Hamilton və Çarls Leklerk Maranellodakı bazada çəkilmiş qısa videoda yeni kostyumlarla görünürlər.

Yeni kostyumların əsas fərqi boyun hissəsində, çiyinlərdə və yan xətlər boyunca istifadə olunan ağ konturlardır. Bu detal ötən mövsümün əsasən tam qırmızı dizaynından ciddi şəkildə seçilir.

Qeyd olunur ki, bu dizayn dəyişiklikləri 2026-cı il üçün hazırlanmış SF-26 bolidinin rəng sxeminə də işarə ola bilər. Avtomobilin rəsmi təqdimatının cümə günü Fiorano trasında keçirilməsi gözlənilir.

İdman.Biz