Dördqat dünya çempionu Maks Ferstappen 2026-cı il mövsümünün sonunda “Red Bull”dan ayrıla bilər.
İdman.Biz-in məlumatına görə, Almaniyanın “Bild” nəşri bu barədə Maksın müqaviləsinin şərtlərinə istinadən xəbər verir.
Məlumata görə, niderlandlı pilotun 2028-ci ilin sonuna qədər olan müqaviləsində yay fasiləsindən sonra çempionatın ilk ikiliyində yer almadığı təqdirdə 2026-cı ilin sonunda müqaviləni birtərəfli şəkildə ləğv etməyə imkan verən bənd var.
Həmçinin, əgər o, liderlik etmirsə, 2027 və 2028-ci illərdə müqaviləni ləğv etmək hüququna malikdir.
Nəşr qeyd edir ki, bu şərtlər müqaviləni imzalayarkən “Red Bull”un keçmiş məsləhətçisi Helmut Marko tərəfindən razılaşdırılıb və bu, komanda daxilində narazılığa səbəb olub.
