Şumaxerin “Formula-1”də ilk qələbəsini qazandığı avtomobil satışa çıxarılacaq

Xəbərlər
4 Yanvar 2026 01:45
55
Şumaxerin “Formula-1”də ilk qələbəsini qazandığı avtomobil satışa çıxarılacaq

“Broad Arrows” hərrac evi yanvarın sonunda “Formula-1” avtomobilini hərraca çıxaracaq.

İdman.Biz bildirir ki, bu, Mixael Şumaxerin karyerasında ilk qələbəsini qazandığı 1992-ci il mövsümündən qalan

“Benetton-Ford” komandasının 05 nömrəli şassisidir. Avtomobilin təxmini dəyəri 8,5 milyon avrodan çoxdur.

Məhz bu avtomobilin sükanı arxasında yeddiqat dünya çempionu Mixael Şumaxer 1992-ci ildə “Spa-Francorchamps” trasında Belçika Qran-prisini qazanmışdı. Alman pilot bu avtomobili 1992-ci il mövsümünün beş raundunda yarışmış, həmçinin Kanada Qran-prisində ikinci yeri tutmuşdu.

“Bunu həqiqətən təsvir edə bilmirəm. Bütün həftə özümü çox yaxşı hiss edirəm və bu gün avtokabinədə olanda düşündüm ki, bu yarışda qalib gələ bilərəm. Komandaya təşəkkür etməliyəm... və bu qələbəni alman azarkeşlərinə həsr etməliyəm”, - hərrac evinin veb saytında Şumaxerin qələbədən sonra dediyi sözlərdən sitat gətirilir.
“Benetton” yarışlardan ayrıldıqdan sonra avtomobil “Renault Classic” kolleksiyasında saxlanılıb və daha sonra tam işlək vəziyyətə gətirilib.

İdman.Biz