“Aston Martin”in başına yeni şəxs gətirilir

Xəbərlər
26 Dekabr 2025 22:07
39
“Aston Martin”in başına yeni şəxs gətirilir

“Red Bull” pilotu və dördqat dünya çempionu Maks Ferstappenin yarış mühəndisi Canpiero Lambiase “Aston Martin” şirkətinə keçə bilər.

Bu barədə İdman.Biz "The Race”ə istinadən məlumat verir.

Nəşrin məlumatına əsasən,”"yüksək nüfuzlu mənbələr” Lambiaseyə “Aston Martin” şirkətində rəhbər vəzifəsi təklif oluna biləcəyini bildirirlər. Lambiase “Aston Martin” şirkətinin rəhbəri və ya icraçı direktoru ola bilər.

Edrian Nyui hazırda rəsmi olaraq komandanın rəhbəridir. Lakin, bildirilir ki, bu sxem müvəqqəti ola bilər: dizaynerə tapşırıqlarında rahatlıq verildiyi və vəzifənin bəzi ənənəvi funksiyalarını yerinə yetirməyəcəyi güman edilir.

İdman.Biz