“Formula-1”in sabiq pilotu, hazırda isə ekspert kimi fəaliyyət göstərən Ralf Şumaxer qardaşı Mixael Şumaxer barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir, Ralf Şumaxer bu barədə qonağı olduğu podkastda danışıb.
“Mixayelin ən güclü xüsusiyyəti nə idi? Mən həmişə hesab etmişəm ki, onun əsas üstünlüyü təzyiq altında çıxış etmək bacarığı və komanda yoldaşlarından daha sürətli olması idi. O, boliddən və kollektivdən maksimum yararlanmağı, ümumi məqsəd naminə birlikdə çalışmağı bacarırdı. Biz də tez-tez məhz bundan danışırıq”, - deyə Ralf Şumaxer qeyd edib.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə xizək sürərkən baş verən ağır bədbəxt hadisədən sonra uzun müddət komada qalıb, daha sonra isə ailə üzvlərinin əhatəsində, həkimlərin daimi nəzarəti altında bərpa prosesini davam etdirib. Onun səhhəti ilə bağlı detallar ictimaiyyətə açıqlanmır. Məlumdur ki, Şumaxer daimi qayğıya ehtiyac duyur, ictimaiyyət qarşısına çıxmır və sağlamlığı ilə bağlı bütün məlumatlar yaxınları tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır.
