Fettel: “Marko özünü “Red Bull”un “Formula-1”dəki uğurunun müəllifi adlandıra bilər”

Xəbərlər
11 Dekabr 2025 22:58
54
Fettel: “Marko özünü “Red Bull”un “Formula-1”dəki uğurunun müəllifi adlandıra bilər”

Dördqat “Formula-1” çempionu Sebastian Fettel “Red Bull”un məsləhətçisi Helmut Markonun komandadan getməsi ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, 82 yaşlı Marko, komandanın 2005-ci ildə ilk “Formula-1” mövsümündən məsləhətçi vəzifəsində çalışıb. Bu müddət ərzində “Red Bull” altı dəfə Konstruktorlar Kubokunu qazanıb, pilotları Sebastian Fettel (2010-2013) və Maks Ferstappen (2021-2024) isə hər biri dörd dəfə dünya çempionluğu qazanıblar.

“Mən də hamı kimi təəccübləndim. Helmuta gələcəkdə uğurlar və layiqincə təqaüdə çıxmağı arzulayıram. O, “Red Bull” və “Toro Rosso”nun uğurlarının əsl memarıdır. Təkcə sürücü seçimi baxımından deyil. Komanda strukturu, personal seçimi və strategiya ilə bağlı bütün qərarlar da ondan gəlirdi. Markonun özünü “Red Bull”un “Formula-1”dəki uğurlarının memarı adlandırmaq hüququ var”, - F1-Insider Vetteldən sitat gətirir.

Sürücü kimi Marko 1971-ci ildən 1972-ci ilə qədər “Formula-1” Qran-prisində yarışıb və gözündə zədə səbəbindən karyerasını 29 yaşında başa vurub.

İdman.Biz