Yeddiqat “Formula-1” çempionu Mixael Şumaxerin keçmiş meneceri Villi Veber soyğunçuluğun qurbanı olub.
İdman.Biz Bild nəşrinə istinadla xəbər verir ki, oğrular eynilə Hollivud filmlərində olduğu kimi, 83 yaşlı menecerin əl-qolunu bağlayıblar və villasını qarət ediblər.
Veber şokda olduğunu və özünü dəhşətli hiss etdiyini bildirib. Soyğun zamanı Veberin üzünə yumruq vurulub və nəticədə gözü qaralıb.
Oğurlanan məbləğ açıqlanmayıb, oğrular bir neçə seyfə girərək onları boşaldıblar.
Villi Veber 1980-ci illərdən bəri Mixael Şumaxerin meneceri olub və ona 1994-cü ildə “Formula-1”də debüt etməyə köməklik göstərib. Mixaelin karyerasına əlavə olaraq, o, digər alman pilotlarının - Ralf Şumaxerin və Niko Hülkenberqin karyeraları ilə də məşğul olub.
