2020-ci ilin aprel ayında 90 yaşında vəfat edən əfsanəvi “Formula-1” sürücüsü Ser Stirlinq Moss sərvətinin böyük hissəsini üçüncü həyat yoldaşı Ledi Süziyə vəsiyyət edib.
İdman.Biz bildirir ki, 2023-cü ildən etibarən onun uşaqları arasında miras üstündə mübahisə yaranıb.
The Sun qəzetinin məlumatına görə, pilotin qızı Ellison Bredli qardaşı, aşpaz Elliot Mossa qarşı daha böyük pay tələbi ilə Ali Məhkəmədə iddia qaldırıb.
İlkin bölgüyə görə, mirasın 75%-i Mossun 44 yaşlı oğlu Elliotta, qalan 25%-i isə 57 yaşlı qızı Ellisona verilməli idi. Lakin Ledi Süzinin barədə vəsiyyətnamə varislər arasında məhkəmə çəkişməsinə səbəb olub.
Məhkəmə sənədləri Mossun mirasının 28.924.800 dollar dəyərində olduğunu təsdiqləyir (ABŞ aktivləri xaric). Pilotun şəxsi arzuları arasında dostlarına hədiyyələr, model avtomobillər və hətta gümüş dovşan ayağı talismanı, eləcə də agenti və onun əri üçün Mayami çimərliyindəki “Joe's Stone Crab” restoranında şam yeməyi üçün 1310 dollar var.
