“Formula-1”in “Williams” komandası 2026-cı il mövsümündə yeni ad və loqotip altında yarışacağını açıqlayıb.
Bu barədə İdman.Biz komandanın saytına istinadən xəbər verir.
Komandanın 2025-ci ildə tam adı “Atlassian Williams Racing” olub. 2026-cı ildən etibarən “Atlassian Williams F1 Team” olacaq.
Mövcud “W” loqotipi “Forward W” loqotipi ilə əvəz olunacaq. Bu loqotip ilk dəfə şirkətin qurulduğu il 1977-ci ildə təqdim edilib və həmin il konstruktorlar kubokunu qazanan doqquz avtomobilin hər birində yer alıb.
