Ferstappen dünyanın ən varlı niderlandlıları reytinqində 58 pillə yüksəlib

Xəbərlər
29 Oktyabr 2025 09:08
34
Ferstappen dünyanın ən varlı niderlandlıları reytinqində 58 pillə yüksəlib

Dördqat və hazırkı dünya çempionu, “Red Bull”un pilotu Maks Ferstappen dünyanın ən varlı niderlandlıları reytinqində 58 pillə yüksəlib.

İdman.Biz xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.

Keçən il Ferstappen “Quote 500” reytinqində 322-ci yeri tutmuşdu. Lakin 2025-ci ildə 260 milyon avroluq sərvəti ilə o, 264-cü yerə yüksəlib.

Ferstappen 2022-ci ildən bəri “Quote 500”ün ən gənc üzvü olaraq qalır. Bundan əlavə, Ferstappen həmin siyahıya daxil olan yeganə idmançıdır.

Niderlandın ən varlı adamı son illərdə “Heineken”in səhmlərinə nəzarət paketinə sahib olan Freddi Heinekenin qızı və varisi Şarlen de Karvalyo-Heineken olaraq qalıb. Onun sərvəti 12,3 milyard dollar qiymətləndirilir.

İdman.Biz