“Formula-1” rəhbərliyi Ruanda Qran-prisinin keçirilməsi üçün 10 illik müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
Ruanda Qran-prisi 2030-cu illərin əvvəllərində “Formula-1” təqviminə daxil ediləcək.
Daha əvvəl mətbuatda yayılan məlumatlara görə, yarış trasının paytaxt Kiqalidən 40 kilometr məsafədə, Buqesera beynəlxalq hava limanının yaxınlığında inşa olunması planlaşdırılır.
Qeyd edək ki, Afrika qitəsi sonuncu dəfə 1993-cü ildə “Formula-1” yarışına ev sahibliyi edib. Həmin vaxt Cənubi Afrika Respublikasında, Yohannesburq yaxınlığında yerləşən Kyalami trasında Qran-pri keçirilib.
