“Ferrari”nin pilotu, yeddiqat dünya çempionu Lüis Hemilton ABŞ Qran-prisində yeni uğura imza atıb.
İdman.Biz xəbər verir ki, britaniyalı pilot 17–19 oktyabr tarixlərində Ostində keçirilmiş yarışda karyerasında 5000 xal həddini keçib.
Bu, “Formula-1” tarixində ilk belə göstəricidir.
Qeyd edək ki, Hemilton yarışı dördüncü pillədə başa vurub.