“Formula-1”in “Mercedes” komandası sürücülər Corc Rassel və Andrea Kimi Antonelli ilə növbəti mövsüm üçün müqavilənin uzadılacağını açıqlayıb.
Hər iki sürücü “Mercedes”in yeniyetmələr proqramının məzunlarıdır. Rassel proqrama 2017-ci ildə, Antonelli 2019-cu ildə qoşulub.
Rassel əvvəllər GP3 və “Formula-2” titullarını qazanıb və “Williams” ilə üç mövsümdən sonra əsas komandaya keçib və burada beş qələbə qazanıb. Antonelli isə “Formula-1”də debüt etməzdən əvvəl bir neçə seriya qazanıb və “Formula-2”də də qalib olub.
Rassel hazırda ümumi sürücülər sıralamasında dördüncü, Antonelli isə yeddinci yerdədir.