Hemilton Mixael Şumaxerin rekordunu yeniləyib

Xəbərlər
6 Oktyabr 2025 22:03
36
Hemilton Mixael Şumaxerin rekordunu yeniləyib

Yeddiqat dünya çempionu Lyuis Hemilton əfsanəvi Mixael Şumaxeri geridə qoyaraq “Formula-1”də yeni rekorda imza atıb.

İdman.biz-in məlumatına görə, “Ferrari”nin pilotu Sinqapur Qran-prisində ən sürətli dövrə vurmaqla tarixdə ardıcıl 16 mövsümdə bunu edən ilk sürücü olub.

Hemilton yarışa altıncı mövqedən başlayıb, lakin əyləc problemləri və cəza səbəbiylə səkkizinci oldu. Bununla belə, son dövrələrdə o, yumşaq təkərlərə keçib və yarışın ən sürətli dövrəsini vurub.

Əvvəlki rekord 1992-2006-cı illərdə ardıcıl 15 il ərzində ən sürətli dövrə vuran Mixael Şumaxerə məxsus idi.

İdman.biz