“Ferrari”nin 40 yaşlı britaniyalı pilotu Lyuis Hemilton Bakı Qran-prisi zamanı baş verən insidenti komanda yoldaşı Şarl Leklerlə müzakirə edib.
İdman.biz xəbər verir ki, yarışın sonunda Hemiltona liderləri qabaqlamaq üçün Lekleri keçməyə icazə verilsə də, britaniyalı pilot mövqeyini yarışın sonunda geri qaytara bilməyib.
Hemilton “Racingnews365”ə açıqlamasında deyib ki, Leklerlə Sinqapur Qran-prisindən əvvəl bu barədə danışıblar: “Şarl Leklerlə bu mövzu barədə danışdıq. Hər şeyi yoluna qoyduq və belə halların bir daha yaşanmaması üçün kommunikasiya məsələlərini müzakirə etdik. Belə bir hal bir daha yaşanmayacaq”.