Hemilton: “Düşünmürəm ki, “Ferrari” hardasa “Maklaren”ə qalib gələ bilsin”

Xəbərlər
30 Sentyabr 2025 18:48
38
Hemilton: “Düşünmürəm ki, “Ferrari” hardasa “Maklaren”ə qalib gələ bilsin”

Lyuis Hemilton “Ferrari”nin 2025-ci ildə yarışı qazanma şanslarından danışıb.

İdman.biz-in məlumatına görə, “Ferrari” sürücüsü inanır ki, komandası mövsümün qalan yarışlarında qələbə üçün mübarizə aparmayacaq.

“Şəxsən mən bu son yarışların növbəti mövsümə təsir edəcəyini düşünmürəm. Təbii ki, məqsədimiz irəliləyiş görmək və işləməyə davam etməkdir. Komanda ilə işləmək təcrübəm nə qədər çox olsa, onlarla daha çox inkişaf edirəm. Bu təcrübə həmişə öz bəhrəsini verir. İrəlilədikcə öyrənirik və öyrəndiklərimiz gələcəkdə mütləq kömək edəcəkdir.

Düşünmürəm ki, biz “MakLaren”i hardasa məğlub edə bilərik və ya “Red Bull”u. Onlar sadəcə olaraq bizdən irəlidədirlər. Onlar hər trasda bizdən öndədirlər, ona görə də nəyinsə dəyişəcəyini gözləmirəm. Amma əgər biz avtomobilin sürətindən maksimum yararlana bilsək, bəlkə onlara bir az da yaxınlaşa bilərik”, - Hemilton bildirib.

İdman.biz