“Mançester Yunayted” Harri Keyni transfer etmək istəyir

Xəbərlər
27 Sentyabr 2025 13:47
32
“Mançester Yunayted” Harri Keyni transfer etmək istəyir

“Mançester Yunayted” gələn yay Harri Keyni heyətinə qatmağı arzulayır.

İdman.biz xəbər verir ki, ingilis forvard Premyer Liqaya qayıtmaqdan imtina etmir və məqsədi Alan Şirerə məxsus qol rekordunu yeniləməkdir.

2026-cı ilin yayında Keynin “Bavariya” ilə müqaviləsində xüsusi bənd aktivləşdirilərək forvard 65 milyon avroya transfer oluna bilər.

Qeyd edək ki, idman şərhçiləri hesab edirlər ki, Harri Keyn “Mançester Yunayted”i yenidən güclü komanda halına gətirə bilər.

İdman.biz