"Bavariya"dan Harri Keyn AÇIQLAMASI

Xəbərlər
26 Sentyabr 2025 12:51
48
"Bavariya"dan Harri Keyn AÇIQLAMASI

"Bavariya"nın idman direktoru Maks Eberl hücumçusu Harri Keynin klubdan ayrılma ehtimalını dəyərləndirib .

İdman.biz xəbər verir ki, klub rəsmisi 32 yaşlı hücumçunun Münühen təmslçisində qalacağını söyləyib.

Maks Eberl bildirib ki, Harrinin davranışı göstərir ki, o, komandaya tam sadiqdir: "Keyn qərarlarını vermək üçün kifayət qədər yetkindir. Biz Harri ilə bu mövsüm və ondan sonrakı mövsümdə uğur qazanmaq istəyirik".

Qeyd edək ki, cari mövsüm "Bavariya"nın hücumçusu bütün turnirlərdə 12 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.biz