"Karvan-Yevlax"la matçın çətin olacağını bilirdik, amma matça çox yaxşı başladıq və erkən iki qol vuraraq üstünlüyü ələ aldıq".
Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin portuqaliyalı futbolçusu Dioqo Almeyda deyib.
24 yaşlı mərkəz hücumçusu komandasının Misli Premyer Liqasının 5-ci turunda "Karvan-Yevlax"a qalib gəldiyi oyun haqda fikirlərini bölüşüb: "Karvan-Yevlax"a iki erkən qol vurmağımız oyunun qalan hissəsində bizə daha rahat oynamağa imkan verdi. Ümumilikdə komanda çox yaxşı çıxış etdi. "Sumqayıt"a texniki məğlubiyyətdən sonra bu oyuna hazırlaşmaq çətin deyildi. Çünki biz "Sumqayıt"a qarşı oyunda qalib gəlmişik. Növbəti turda rəqibimiz "Zirə" ilə oyun gərgin olacaq. Onlar açıq-aşkar favoritdir, amma komandamızın keyfiyyətini hamı gördü və biz xal qazanmaq məqsədi ilə oyuna çıxacağıq".
Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasında 5 turdan sonra 7 xalla 7-ci pillədə qərarlaşıb.